Страницы

четверг, 27 февраля 2014 г.

Sütunlu

Apardığımız araşdırmaların nəticəsi olaraq biz diaqramların hər 3 növünə uyğun müxtəlif məsələlərə baxdıq.Biz bu layihəni 3 qrupa bölünməklə araşdırdıq.Diaqramın hər üç növünü müxtəlif məsələlərdə təhlil etdik.Əvvəl biz   Hər dərs ilinin sonunda öyrəndiyimiz bəzi fənlərin keyfiyyət faizini sutunlu diaqram vasitəsilə qurduq.


Eyni zamanda Diaqramın bu növünə uyğun digər məsələlərə də baxdıq.Buna misal olaraq Azərbaycan Respublikasının həmsərhəd olduğu 5 ölkələrin sərhədlərinin uzunluğunu sütunlu diaqram şəklində qurduq.

Və əyani olaraq gördük ki, Azərbaycan Respublikasına ən yaxın ölkə Türkiyə Respublikasıdır.Daha sonra biz Diaqramın ikinci növünə, yəni verilənlərin qrafik şəklində təsvirinə uyğun araşdırmalarımızı apardıq.Yenə də bu asıllığı bəzi məsələlər üzərində qurduq.Bunlardan biri   bir həftədə səhər saat 8-dən axşam saat 20-yə qədər vaxta havanın temperaturunun necə dəyişməsini qrafik şəklində qurduq.

Eyni zamanda diaqramın bu növünə uyğun digər məsələyə də baxdıq.Buna misal olaraq yanvar ayının ilk 5 günlüyündə havanın temperaturunun dəyişməsinin qrafikini qurduq. 


Sonra biz Diaqramın üçüncü növünə uyğun, yəni verilənlərin dairəvi diaqramlar şəklində təsvirini araşdırdıq. Buna misal olaraq VI sinif şagirdlərinin məşğul olduqları idman növünə görə sayları faizlə ifadə etdik və buna uyğun dairəvi diaqram qurduq.

Eyni zamanda biz diaqramın bu növünə uyğun digər məsələyə də baxdıq.Buna misal olaraq  okeanların səthlərinin sahələrinə uyğun dairəvi diaqram qurduq.Beləliklə əyani olaraq da gördük ki səthinin sahəsi ən böyük olan sakit okeandır.

Beləliklə, diaqram məlumatın dəyişməsini xarakterizə edir.















Комментариев нет:

Отправить комментарий